Paketlər
Paket nədir?
Paket – kommersiya fəaliyyəti ilə məşğul olan istifadəçilər üçün özəl olaraq hazırlanmış, bonuslardan, endirimlərdən və elanlardan ibarət sərfəli xidmətlər toplusudur.Paketi necə əldə etmək olar?
Xidmət paketi Tap.az-ın biznes istifadəçilərinə “Mağaza” məhsulu çərçivəsində təqdim olunur. Əgər sizin artıq “Mağaza”nız varsa, paket əldə etmək üçün Şəxsi kabinetdəki “Biznes” bölməsinə keçməyiniz və interfeysdə təqdim olunan paketlərdən birini seçməyiniz kifayətdir. “Mağaza”nız yoxdursa, qoşulma üçün satış şöbəsi ilə əlaqə saxlaya bilərsiniz: [email protected]Paket nə zaman aktivləşir?
Xidmət paket ödənildikdən sonra aktivləşir. Paket aktivləşdirildikdən sonra xidmətlər invoysda göstərilən müddət üçün aktiv olacaqdır. Paketdə səhifə, reklam balansı, pullu xidmətlər balansı kimi komponentlər və ödənişli xidmətlərə endirimlər daxildir.Paket necə deaktiv olunur?
Paketin müddətinin bitdiyi gün mağaza səhifəsi deaktiv olur və paket çərçivəsində təqdim olunan komponentlər sıfırlanır. Sıfırlanmış komponentlər geri qaytarılmır.Aktiv paketim olduğu halda yeni paket əldə edə bilərəm?
Aktiv paketiniz varsa, eyni paketdən daha birini əldə etmək və ya bir paketi digərinə dəyişmək imkanınız var.Alış zamanı aktiv paketiniz varsa, yeni paketi aldıqda daha öncəki komponentlər sıfırlanır və yeni müddət təyin olunur.
Yeni paketi əldə etdiyiniz anda sizin artıq aktiv paketiniz olarsa və əldə olunan yeni paketin müddəti aktiv paketin müddətindən daha az olarsa, paketlərə daxil olan komponentlər cəmlənir.
Paketin müddəti olduğu kimi qalır.
Qeyd:
Yeni paketin aktivləşmə tarixinə diqqət yetirin.
Əgər "Bu gün" seçsəniz, qalıq balans sıfırlanacaq.
Hal-hazırda hansı paketlər mövcuddur?
Aşağıda hal-hazırda əldə edə biləcəyiniz paketlər və onlara nələrin daxil olduğu qeyd olunub:Mini paketi
– “Mağazalar” bölməsində brendləşdirilmiş səhifə– Elan kartlarının üzərində "Mağaza" reklam nişanı
– Balansda 100 elan
– Elanların ödənişli xidmətlərlə irəlilədilməsi üçün 150 AZN məbləğində paket balansı
– Ödənişli xidmətlərdən istifadə etmək üçün 10% endirim
– Fərdi dəstək xidməti
Paketin qiyməti: 150 AZN (ƏDV daxil).
Basic paketi
– “Mağazalar” bölməsində brendləşdirilmiş səhifə– Elan kartlarının üzərində "Mağaza" reklam nişanı
– Balansda 250 elan
– Elanların ödənişli xidmətlərlə irəlilədilməsi üçün 300 AZN məbləğində paket balansı
– Ödənişli xidmətlərdən istifadə etmək üçün 15% endirim
– Fərdi dəstək xidməti
Paketin qiyməti: 300 AZN (ƏDV daxil).
Silver paketi
– “Mağazalar” bölməsində brendləşdirilmiş səhifə– Elan kartlarının üzərində "Mağaza" reklam nişanı
– Balansda 500 elan
– Elanların ödənişli xidmətlərlə irəlilədilməsi üçün 500 AZN məbləğində paket balansı
– Ödənişli xidmətlərdən istifadə etmək üçün 20% endirim
– Fərdi dəstək xidməti
Paketin qiyməti: 500 AZN (ƏDV daxil).
Gold paketi
– “Mağazalar” bölməsində brendləşdirilmiş səhifə– Elan kartlarının üzərində "Mağaza" reklam nişanı
– Balansda 1000 elan
– Elanların ödənişli xidmətlərlə irəlilədilməsi üçün 800 AZN məbləğində paket balansı
– Ödənişli xidmətlərdən istifadə etmək üçün 25% endirim
– Fərdi dəstək xidməti
Paketin qiyməti: 800 AZN (ƏDV daxil).
Platinum paketi
– “Mağazalar” bölməsində brendləşdirilmiş səhifə– Elan kartlarının üzərində "Mağaza" reklam nişanı
– Balansda 2000 elan
– Elanların ödənişli xidmətlərlə irəlilədilməsi üçün 1200 AZN məbləğində paket balansı
– Ödənişli xidmətlərdən istifadə etmək üçün 30% endirim
– Fərdi dəstək xidməti
Paketin qiyməti: 1200 AZN (ƏDV daxil).
Platinum + paketi
– “Mağazalar” bölməsində brendləşdirilmiş səhifə– Elan kartlarının üzərində "Mağaza" reklam nişanı
– Balansda 4500 elan
– Elanların ödənişli xidmətlərlə irəlilədilməsi üçün 1800 AZN məbləğində paket balansı
– Ödənişli xidmətlərdən istifadə etmək üçün 35% endirim
– Fərdi dəstək xidməti
Paketin qiyməti: 1800 AZN (ƏDV daxil).
Ümumi şərtlər:− Paket üzrə qiymət təklifi 30 gün müddətinə müəyyən edilir.
− Paketin istifadə müddəti 30, 60 və ya 90 gün təşkil edir.
− Qiymətlər ƏDV daxil olmaqla Azərbaycan manatı ilə göstərilib göstərilib.
− Ləğv olunmuş balans geri qaytarılmır.
− Paket tətbiq ediləndən sonra ödənilən məbləğ geri qaytarılmır.
− Aylıq xidmət haqqı təqdim edilən hesab-faktura əsasında 100% avans şəklində ödənilir.
− Qiymət cədvəli öhdəliklər tam icra olunanadək qüvvədə qalır.
− Qiymət cədvəli informativ xarakter daşıyır və ictimai oferta deyil.
*Fərdi sorğu zamanı ətraflı və aktual məlumat əldə etmək üçün satış şöbəsinə müraciət etməyiniz xahiş olunur.
Satış şöbəsi ilə əlaqə: [email protected]